Modern.az

ABŞ Ukraynaya əks-hücuma hazırlaşmağı tövsiyə edir

ABŞ Ukraynaya əks-hücuma hazırlaşmağı tövsiyə edir

Dünya

19 Fevral 2023, 21:18

ABŞ Ukraynaya Rusiyaya qarşı əks-hücum əməliyyatına hazırlaşmağı tövsiyə edir.

 

Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

 

ABŞ rəsmiləri hesab edirlər ki, Ukraynanın müdafiəsi kritik mərhələyə çatmaq üzrədir. Bayden administrasiyası təcili olaraq Ukraynaya öz nailiyyətlərini möhkəmləndirmək və əks-hücum həyata keçirmək üçün təzyiq göstərir.

 

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden sabah Polşaya yola düşəcək. Burada Ukrayna ilə bağlı çıxış edəcək.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu