Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün “Twitter” hesabında məlumat yayıb.
Zelenski bildirib ki, Makronla danışıqlar zamanı müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib.
Bundan başqa, “Sülh formulu”nun həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Akif İsmayılov