Modern.az

Kadırov özünün muzdlu şirkətini yaradacaq

Kadırov özünün muzdlu şirkətini yaradacaq

Dünya

19 Fevral 2023, 23:44

Rusiyanın Çeçenistan Respublikasının lideri Ramzan Kadırov özünün "Telegram" kanalında "Vaqner" muzdlularını və onun rəhbəri Yevgeni Priqojini tərifləyən yazı dərc edib.

 

Modern.az xəbər verir ki, o, məqalədə "Vaqner" muzdularının Ukraynadakı müharibədəki fəaliyyətindən bəhs edib.

 

"Vaqner"in müharibə zonasındakı uğurlarına sevinməyi dayandıra bilmirəm... Bütün çətinliklərə baxmayaraq, “Vaqner” istənilən vəziyyətdə öz məqsədinə çatır”, - deyə çeçen lider qeyd edib.

 

Yazırda Rusiya ordusu barədə heç bir söz istifadə etməyən Kadırov "Vaqner" kimi özəl hərbi şirkətlərin uğurlu olduğunu bildirib və gələcəkdə özünün hərbi şirkətini yaradacağını vurğulayıb.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?