Modern.az

2 gündə Ermənistan ordusunun 3 hərbçisi ÖLDÜ

2 gündə Ermənistan ordusunun 3 hərbçisi ÖLDÜ

20 Fevral 2023, 09:48

Ermənistanda hərbi qulluqçular qar uçqunu nəticəsində qəzaya düşüb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, ötən gün saat 19.40 radələrində hərbçilər Zoran Arzumanyan və Zorak Yeranosyanın olduğu UAZ markalı avtomobil qar uçqunu nəticəsində Zəngəzurun Xanazax kəndi yaxınlığında dərəyə yuvarlanıb, onların hər ikisi ölüb.

 

Məlumata görə, daha iki əsgər müxtəlif dərəcəli bədən xəsarətləri ilə qarnizon hospitalına çatdırılıb.

 

Qeyd edək ki, dünən daha bir Ermənistan hərbçisi güllə yarasından ölmüşdü.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu