Modern.az

Çin Rusiyanı dəstəkləsə, qırmızı xətti keçmiş olacaq - ABŞ rəsmisi

Çin Rusiyanı dəstəkləsə, qırmızı xətti keçmiş olacaq - ABŞ rəsmisi

20 Fevral 2023, 10:33

"Çin Ukraynaya qarşı müharibədə Rusiyaya kritik hərbi yardım göstərmək qərarına gələrsə, bu, qırmızı xətti keçmək mənasına gələcək".

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.

 

"Biz Çinin sülh istədiyi barədə açıqlamasını alqışlayırıq... Amma əgər Pekin və ya başqa dairələr Rusiyaya Ukraynaya qarşı amansız hücumunda kritik dəstək vermək niyyətindədirsə, bu, qəbuledilməzdir", - deyə diplomat əlavə edib.

 

Qeyd edək ki, zaman-zaman Çinin Ukraynaya qarşı müharibədə Rusiyanı dəstəkləməsi barədə qeyri-rəsmi məlumatlar yayılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu