Modern.az

Baxmutu müdafiə edirik və əks-hücuma hazırlaşırıq - Zelenski

Baxmutu müdafiə edirik və əks-hücuma hazırlaşırıq - Zelenski

20 Fevral 2023, 11:08

"Baxmutu müdafiə edirik, eyni zamanda növbəti əks-hücuma hazırlaşırıq".

 

Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Corriere della Sera" nəşrinə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, Ukrayna hərbçiləri altı aydan artıqdır ki, uğrunda döyüşlər davam edən Baxmut şəhəri üçün ağlabatan olduğu müddətcə döyüşəcək.

 

"Bu, o qədər də böyük şəhər deyil. Onu müdafiə etmək bizim üçün vacibdir, lakin hamının ölməsi bahasına yox. Nə qədər ki, ağlabatandır, biz döyüşəcəyik. Rusiya bundan sonra Kramatorsk və Slavyanska daha da irəliləmək istəyirlər. Donbas və Dnepr sərhədlərinə çıxmaq istəyirlər. Əgər bacararlarsa... Biz müqavimət göstəririk və növbəti əks-hücuma hazırlaşırıq”, - deyə Zelenski söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu