Modern.az

Blinken Çavuşoğlu ilə görüşündən YAZDI

Blinken Çavuşoğlu ilə görüşündən YAZDI

20 Fevral 2023, 12:48

ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşünü şərh edib.

 

Modern.az xəbər verir ki, bu barədə Blinken tviter səhifəsində yazıb.

 

"XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşdük və uzunmüddətli NATO müttəfiqimiz olan Türkiyənin dağıdıcı zəlzələyə müdaxiləsinə yardım etmək barədə öhdəliyimizi ifadə etdim. Milyonlarla amerikalının türklərin həyatını itirməsindən duyduğu kədəri paylaşdım", - deyə o qeyd edib.

 

Xatırladaq ki, Blinken dünən Türkiyəyə səfər etmiş və zəlzələ bölgəsinə yollanmışdı. O, Çavuşoğlu ilə bu gün müzakirələr aparıb və tərəflər birgə mətbuat konfransı keçiriblər.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu