Modern.az

Müharibənin ildönümünə sürpriz hazırlanır - XİN-dən ANONS

Müharibənin ildönümünə sürpriz hazırlanır - XİN-dən ANONS

Dünya

20 Fevral 2023, 12:55

"Yüksək səviyyəli xarici qonaqların Kiyevə səfəri ilə bağlı sürpriz hazırlanır".

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə telemarafonun efirində Ukrayna xarici işlər nazirinin müavini Andrey Melnik məlumat verib.

 

"Rusiya təcavüzünün ildönümü ərəfəsində biz təkcə şifahi dəstək və həmrəylik deyil, daha çox yardım, eləcə də Kiyevdə əsas tərəfdaşlarımızın olmasını hiss edəcəyik və görəcəyik. Gözləyək", - o deyib.

 

Qeyd edək ki, 24 fevralda Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlanan müharibənin 1-ci ildönümü günüdür. Müharibə hələ də davam etməkdədir.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu