Türkiyənin milli təhsil naziri Mahmut Özer zəlzələ bölgəsində tədris prosesinin bərpası ilə bağlı detalları açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
"Adana, Kilis, Diyarbakır və Şanlıurfada 1 martdan tədrisə başlayırıq. Qaziantep ve Osmaniyedə 13 martda dərslərin açılması planlaşdırılır. Adıyaman, Malatya, Kahramanmaraş və Hatayda isə məktəblərin 27 marta qədər bağlı qalması məqsədəuyğun hesab edilib", - deyə nazir bildirib.
Qeyd edək ki, 6 fevraldakı zəlzələ səbəbindən tədris prosesinə fasilə verilməsi barədə qərar açıqlanmışdı.