Modern.az

Zelenski Baydenlə görüşdən sonra qələbə ANONSU VERDİ

Zelenski Baydenlə görüşdən sonra qələbə ANONSU VERDİ

Dünya

20 Fevral 2023, 15:20

ABŞ Prezidenti Co Baydenin Kiyevə səfəri zamanı aparılan danışıqlar çox səmərəli keçib.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə keçirdiyi mətbuat konfransında deyib.

 

O qeyd edib ki, görüşün nəticələri döyüş meydanında öz əksini tapacaq.

 

“Baydenlə bugünkü danışıqlar səmərəli oldu... Ümid edirik ki, bu il 2023-cü il qələbə ili olacaq”, - deyə Zelenski bildirib.

 

Dövlət başçısının sözlərinə görə, Ukrayna çox çətin dövr qarşısındadır, lakin ABŞ və digər tərəfdaş ölkələrin köməyi ilə “tarixi nailiyyətlər” əldə edəcək: "Bugünkü danışıqlar çox səmərəli, çox vacib və çox həlledici oldu... nəticələr mütləq döyüş meydanına təsir edəcək".

 

Bayden Ukraynaya milyardlarla dollarlıq büdcə yardımı veriləcəyini deyib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?