Modern.az

ABŞ-ın yeni səfiri Ermənistan prezidenti ilə görüşdü - YENİLƏNİB

ABŞ-ın yeni səfiri Ermənistan prezidenti ilə görüşdü - YENİLƏNİB

Dünya

21 Fevral 2023, 17:02

ABŞ-ın Ermənistana yeni təyin etdiyi səfir Kristina Kvin bu ölkənin prezidenti Vahaqn Xaçaturyanla görüşüb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Xaçaturyanın sosial şəbəkə resurslarında məlumat yayılıb.

 

Bildirilib ki, səfir etimadnaməsini Ermənistan prezidentinə təqdim edib.

 

***

20.02.2023 / 17:02

 

ABŞ-ın Ermənistana yeni təyin etdiyi səfir Kristina Kvin İrəvana gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

O, İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Görüş zamanı regional təhlükəsizlik və sabitlik, Ermənistan-Azərbaycan danışıqlar prosesi müzakirə olunub.

 

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu