Modern.az

Ermənistanda hərbi təlimlər tənqidlərə tuş gəldi

Ermənistanda hərbi təlimlər tənqidlərə tuş gəldi

Dünya

20 Fevral 2023, 17:22

Ermənistan hökuməti ehtiyatda olan hərbçilərin təliminə başlamağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

 

Qərar layihəsinə əsasən, təlimlərə minlərlə vətəndaş cəlb olunacaq. Təlimin məqsədi hərbçilərin döyüş bacarıqlarını təkmilləşdirməkdir. Hərbi toplanışın aprelin 15-dən iyunun 15-dək keçirilməsi nəzərdə tutulur.

 

Vətəndaşların hərbi təlimlərə cəlb edilməsi erməni hüquq müdafiəçiləri tərəfindən tənqid olunub. "Tatoyan" fondu bildirib ki, Ermənistan vətəndaşları hərbi təlim adı altında faktiki olaraq məcburi hərbi xidmətə cəlb olunurlar.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu