Modern.az

Bayden F-16-ların Türkiyəyə satılmasını dəstəkləyir - BLİNKEN

Bayden F-16-ların Türkiyəyə satılmasını dəstəkləyir - BLİNKEN

Dünya

20 Fevral 2023, 17:42

ABŞ Prezidenti Co Bayden F-16 qırıcılarının Türkiyəyə satılmasını dəstəkləyir.

 

Modern.az xəbər verir ki, bunu Türkiyəyə səfər edən ABŞ dövlət katibi Entoni Blinken NTV kanalına müsahibəsində deyib.

 

O qeyd edib ki, Türkiyəyə döyüş təyyarələrinin verilməsi həm NATO, həm də ABŞ üçün vacibdir.

 

“Konqresdə narazılıqlar var, biz Konqres liderləri ilə sıx təmasdayıq və bunun vacibliyini vurğulayırıq. F-16-ların gecikdirilməsinin nə İsveçlə Finlandiyanın NATO-ya üzvlüyü ilə, nə də Türkiyədəki seçkilərlə əlaqəsi var. Konqres liderlərinin bəzi narahatlıqları var və onların narahatlıqlarının aradan qaldırılması vacibdir”, - deyə Blinken bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu