Modern.az

İrana qarşı sanksiyalar genişləndirildi

İrana qarşı sanksiyalar genişləndirildi

20 Fevral 2023, 20:49

Böyük Britaniya hökuməti İrana qarşı sanksiyaları genişləndirib.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya XİN məlumat yayıb.

 

İran ordusunun Quru Qoşunlarının Baş komandanı Kiyumərs Heydari, Sarallah qərargahının İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandir müavini Hüseyn Nejat, Hüquq-Mühafizə Qüvvələri komandanının müavini Qasım Rezai "qara siyahı"ya salınıb.

 

Sanskiyaya məruz qalanlar arasında baş prokurorun müavini Əhməd Fazelyan da var.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu