Fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə 5,8 bal gücündə zəlzələ baş verib. Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.
Zəlzələ 16,7 kilometr dərinlikdə qeydə alınıb.
Modern.az xəbər verir ki, zəlzələ zamanı qəzalı vəziyyətdə olan binaların uçduğu, dağıntılar altında qalanların olduğu bildirilir. Yeraltı təkanlardan sonra sunami xəbərdarlığı edilib.