Türkiyənin Hatay bölgəsində baş verən iki zəlzələdən sonra afterşoklar qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.
Onun sözlərinə görə, zəlzələlərdən sonra 20-ə yaxın afterşok olub, hələ də davam edir.
Fuat Oktay vətəndaşları binalardan uzaq durmağa çağırıb.
Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların 400 kilometrdən artıq məsafədə - Livan, Suriya, Kipr, Suriya və İsraildə, ümumilikdə 30 milyondan çox insanın yaşadığı geniş ərazidə hiss edildiyi bildirilib.