Modern.az

Hələbdə zəlzələ nəticəsində 6 nəfər yaralanıb 

Hələbdə zəlzələ nəticəsində 6 nəfər yaralanıb 

20 Fevral 2023, 23:37

Bu gün Suriyanın şimalında yerləşən Hələb şəhərində baş verən zəlzələdə azı 6 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə dövlətə məxsus SANA agentliyi məlumat yayıb.

 

Binaların uçması nəticəsində yaralanan 6 nəfər şəhər xəstəxanasına çatdırılıb. Hələbin bir neçə məhəlləsində binaların uçduğu bildirilir. 

 

Xatırladaq ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların 400 kilometrdən artıq məsafədə - Livan, Suriya, Kipr, Suriya və İsraildə, ümumilikdə 30 milyondan çox insanın yaşadığı geniş ərazidə hiss edildiyi bildirilib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu