NATO-nun baş katibi Yens Stoltenberq bu ilin payızında vəzifəsini tərk etmək niyyətində olduğunu açıqlayıb.
Modern.az xəbər verir ki, Stoltenberq bu barədə CNN telekanalına müsahibəsində danışıb.
"Payızda vəzifəmdən ayrılıram və əminəm ki, alyans məni əvəz edəcək layiqli birini tapacaq", -deyə o bildirib.
Baş katib hazırda bütün diqqətini NATO-nun Ukraynaya yardımına yönəltdiyi vurğulayıb.