Modern.az

Rusiya NATO ilə savaşmağa hazırdır? - Kəşfiyyat məlumatı

Rusiya NATO ilə savaşmağa hazırdır? - Kəşfiyyat məlumatı

Dünya

21 Fevral 2023, 09:24

"Rusiya NATO ilə müharibədən qaçmaq istəyir, lakin yüksək risklərə getməyə də hazırdır".

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsveç kəşfiyyatı məlumatlar əldə edib.

 

Bu ölkənin kəşfiyyat orqanına rəhbərlik edən Lena Hallin Rusiya Federasiyasından gələn hərbi təhlükədən narahatdır. Lakin o hesab edir ki, Kreml NATO ilə silahlı münaqişədən qaçmaq istəyir.

 

"Amma burası da deyilməlidir ki, əsas etibarilə Rusiya rəhbərliyinin yüksək riskə getməyə hazır olması ilə bağlı əhəmiyyətli qeyri-müəyyənlik var", - Hallin deyib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu