Modern.az

Peskov Baydenin Kiyev səfərindən və Putinin çıxışından DANIŞDI

Peskov Baydenin Kiyev səfərindən və Putinin çıxışından DANIŞDI

Dünya

21 Fevral 2023, 13:05

"ABŞ prezidenti Co Baydenin Ukraynaya səfəri Rusiya Federasiyası üçün qeyri-adi hadisə deyil".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Putin Baydenin bu gün Polşadakı çıxışını şəxsən izləməyəcək, ona əsas tezislər deyiləcək", - o əlavə edib.

 

Peskov Putinin bu gün baş tutacaq parlamentə müraciətindən də danışıb:

 

"Xüsusi əməliyyat (Rusiya rəsmiləri Ukrayna ilə müharibəni belə adlandırır - red.) və sosial-iqtisadi blok Putin üçün mütləq prioritetləri təşkil edəcək. Putinin bugünkü mesajı bütün dünyada diqqətlə araşdırılacaq. Mesaj tamamilə müəllifin - Rusiya prezidentinin öz məhsuludur. Çıxış ümumilikdə təxminən 1 saat çəkəcək".

 

Qeyd edək ki, bu gün Putin Federal Məclisə müraciətlə geniş çıxış edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu