Modern.az

Koçaryanın məhkəməsi davam edir

Koçaryanın məhkəməsi davam edir

21 Fevral 2023, 15:32

Ermənistanın eks-prezidenti Robert Koçaryanın işi üzrə məhkəmə prosesi bu gün də davam edib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, tərcüməçi ilə bağlı məsələ həll olunub.

 

Hakim Anna Danibekyan Koçaryanın müdafiəsi və keçmiş baş nazirin müavini Armen Gevorkyanın ingilis dili tərcüməçisinə etiraz etmək barədə vəsatətini rədd edib. Mütəxəssis iş üzrə xarici sənədlərlə bağlı kömək edəcək.

 

Qeyd edək ki, Koçaryan və Gevorkyan biznesmen Silva Hambardzumyandan külli miqdarda rüşvət almaqda ittiham olunurlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu