Fransanın sabiq baş naziri, hazırda Havr şəhərinin meri olan Eduard Filip Ermənistan baş naziri Nikol Paşinyanla görüşüb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, görüş Filipin İrəvana səfəri çərçivəsində baş tutub.
Bildirilib ki, tərəflər Laçın dəhlizindəki son situasiya ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, fransalı siyasətçi bundan əvvəl Zəngəzura baş çəkmişdi.