Avropa İttifaqının rəsmiləri Ermənistan Müdafiə Nazirliyində olublar.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Bildirilib ki, burada Aİ mülki əməliyyatın komandiri Stefano Tomat və Avropa müşahidə missiyasının rəhbəri Markus Ritterlə Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan arasında görüş keçirilib.
Məlumata görə, görüş zamanı Aİ-nin monitorinq missiyasının fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, Avropa İttifaqı Ermənistana 2 il müddətinə mülki müşahidə missiyası göndərib.