Banqladeşin Moskvadakı səfiri Kamrul Ahsan Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Modern.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, səfirə Banqladeşin Rusiyadan gələn gəmilərin öz limanlarına daxil olmasını qadağan edən qərarından narahatlıq ifadə olunub.
"Bu addım ənənəvi dostluq münasibətlərinin xarakterinə uyğun gəlmir və müxtəlif sahələrdə əməkdaşlığımızın perspektivlərinə mənfi təsir göstərə bilər", - Rusiya XİN-in bəyanatında deyilir.
Akif İsmayılov