Modern.az

Baydendən Rusiya xalqına MÜRACİƏT: Siz düşmən deyilsiniz

Baydendən Rusiya xalqına MÜRACİƏT: Siz düşmən deyilsiniz

21 Fevral 2023, 21:10

ABŞ və Avropa rusları düşmən hesab etmir, eyni zamanda Rusiyanı məhv etməyə çalışmır.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Varşavada çıxışı zamanı deyib.

 

Bayden bildirib ki, Rusiya Ukraynadakı hərəkətlərinin əvəzini ödəməlidir. O, bu həftə Rusiyaya qarşı yeni sanksiyaların qəbul edildiyini açıqlayıb.

 

“Mən bir daha rus xalqına müraciət edirəm. ABŞ və Avropa ölkələri Rusiya üzərində nəzarəti bərqərar etməyə və ya onu məhv etməyə çalışmırlar. Qərb Rusiyaya hücum etməyi planlaşdırmırdı. Qonşuları ilə sülh şəraitində yaşamaq istəyən milyonlarla rus bizim düşmənimiz deyil”, - ABŞ lideri qeyd edib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU