Modern.az

Serbiya bu ölkədən PUA-lar alacaq 

Serbiya bu ölkədən PUA-lar alacaq 

Dünya

21 Fevral 2023, 21:22

Serbiya Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) almaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə BƏƏ-də səfərdə olan Serbiya Prezidenti Aleksandar Vuçiç məlumat verib.

 

Əbu-Dabidə keçirilən beynəlxalq müdafiə sərgisində çıxış edən Serbiya lideri ölkəsinin BƏƏ ilə kamikadze PUA-ların alınmasına dair razılığa gəldiyini deyib.

 

Bununla bağlı müqavilə iki gün ərzində imzalanacaq və silahlar Serbiyaya çatdırılacaq.

 

Serbiya Prezidenti “Rafale” tipli qırıcıların alınması üçün Fransa ilə danışıqların davam etdiyini vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu