Modern.az

BMT-dən ABŞ və Rusiyaya təcili ÇAĞIRIŞ 

BMT-dən ABŞ və Rusiyaya təcili ÇAĞIRIŞ 

21 Fevral 2023, 21:47

Rusiya və ABŞ Strateji Silahların Azaldılması Müqaviləsinin (START) icrasına qayıtmalıdır.

 

Modern.az xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.

 

"Baş katibin mövqeyi həmişə aydındır: ABŞ və Rusiya təxirə salınmadan START-nın tam icrasını bərpa etməlidir", - deyə Düjarrik vurğulayıb.

 

Onun sözlərinə görə, beynəlxalq birliyin təhlükəsizliyi bundan asılıdır.

 

Qeyd edək ki, bu gün prezident Vladimir Putin Federal Məclisə müraciətində Rusiyanın START müqaviləsində iştirakını dayandırdığını açıqlayıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?