ABŞ bu həftə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Bildirilir ki, yeni sanksiyalar 200 hüquqi və fiziki şəxsi əhatə edəcək. Məlumata görə, qubernatorlar və Rusiya rəsmilərinin ailə üzvləri ABŞ-ın sanksiyalar siyahısına daxil ediləcək.
Nəşr yazır ki, məhdudlaşdırıcı tədbirlər hərbi sənaye kompleksindəki şirkətlərə, əlaqəli materialların istehsalı ilə məşğul olan müəssisələrə və texnoloji firmalara da təsir edəcək.
Akif İsmayılov