Polşa ukraynalı hərbçilərin təlimi başa çatandan sonra iki-üç həftə ərzində Ukraynaya 14 ədəd “Leopard 2” tankı tədarük edəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukaş Yasina bildirib.
XİN rəsmisi deyib ki, Varşava Ukraynaya döyüş təyyarələrinin də göndərilməsini dəstəkləyir, lakin NATO-nun üzv ölkələri arasında konsensusa gəlmək lazımdır.
Bundan əvvəl ABŞ-nin müdafiə naziri Lloyd Ostin bildirib ki, səkkiz ölkə Ukraynaya tank göndərilməsi məsələsində əməkdaşlıq edir. Bu, Almaniya, Polşa, Kanada, Portuqaliya, İspaniya, Norveç, Danimarka və İngiltərədir. Müttəfiqlər “səkkiz döyüş briqadası” üçün zirehli texnika və tankları Ukraynaya təhvil vermək öhdəliyi götürüblər.