İsrailin baş naziri Benyamin Netanyahu yaxın vaxtlarda Kiyevə səfər edə bilər.
Modern.az xəbər verir ki, bu barədə "Israel Hayom" qəzeti məlumat yayıb.
Bildirilib ki, Netanyahu Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşə bilər. Nəşrin Kiyevdəki mənbələri qeyd edib ki, artıq Netanyahuya dəvət göndərilib, lakin mümkün səfərin tarixləri hələ açıqlanmayıb.
Bundan əvvəl İsrialin xarici işlər naziri Eli Kohen Kiyevə səfər edib.
Akif İsmayılov