Modern.az

ABŞ Ukraynaya yeni sursat tədarükünə start verəcək

ABŞ Ukraynaya yeni sursat tədarükünə start verəcək

22 Fevral 2023, 10:41

ABŞ Ukraynaya 72 kilometrə qədər mənzili olan, hədəflərini yüksək dəqiqliklə məhv edə bilən bombalar verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.

 

Nəşrin məlumatına görə, söhbət "Jdam-ER"lərdən gedir. Onların çəkisi 220-900 kiloqram arasında dəyişir. Bu vasitə ilə digər bombalar da idarə olunan hərbi sursata çevrilə bilər.

 

"Belə bir bomba atıldıqdan sonra qanadlarını genişləndirir, bu da uçuş məsafəsini üç dəfə artırır", - deyə qeyd olunub.

 

Pentaqon tədarük barədə rəsmi elan verməsə də, "Bloomberg"in məlumatına görə, ABŞ və Ukrayna bu barədə razılığa gəliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?