Modern.az

Ərdoğan xanımı ilə 248 saat dağıntı altında qalan uşağa baş çəkdi - FOTOLAR

Ərdoğan xanımı ilə 248 saat dağıntı altında qalan uşağa baş çəkdi - FOTOLAR

22 Fevral 2023, 16:38

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə zəlzələdən 248 saat sonra dağıntılar altından çıxarılan uşağın ziyarətinə gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Bildirilib ki, prezident və xanımı 248 saat sonra zəlzələdən sağ çıxmış Aleyna Ölmezlə yanaşı, digər yaralılara da baş çəkiblər.

 

Ərdoğan ailəsi xəsarət alanlara tezliklə sağalmalarını və şəfa tapmalarını diləyib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

 

Fevralın 20-də Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?