Modern.az

Türkiyə İsveç və Finlandiya ilə danışıqlara qayıdır - Bu tarixdə

Türkiyə İsveç və Finlandiya ilə danışıqlara qayıdır - Bu tarixdə

Dünya

23 Fevral 2023, 09:24

"İsveç və Finlandiya ilə Türkiyə arasında NATO-ya üzvlük barədə danışıqların bərpası mart ayında gerçəkləşəcək".

 

Modern.az xəbər verir ki, bunu STV-yə müsahibəsində İsveçin baş naziri Ulf Kristersson deyib.

 

Onun sözlərinə görə, tərəflər bunu təsdiqləyib. Mart ayı barədə konkret danışsa da, dəqiq tarixi açıqlamayan Kristersson bildirib ki, tarix barədə də informasiyası var və bu sirr deyil: "Lakin biz bunun da təsdiqlənməsini gözləyirik".

 

Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdən sonra Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da tezliklə danışıqlara yenidən start veriləcəyi barədə anons xarakterli açıqlama vermişdi.

 

Qeyd edək ki, İsveçdə PKK tərəfdarlarının keçirdiyi aksiya və Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılması hadisələrindən sonra proses dayanmışdı.

Bu xəbər ilə bağlı
İsveç və Finlandiya ilə danışıqlar bərpa olunacaq - Çavuşoğlu
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu