Filippində təyyarə qəzası baş verib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, nəticədə ikisi Avstraliya vətəndaşı olmaqla, 4 nəfər həyatını itirib.
Məlumata görə, qəza 5 gün əvvəl baş versə də, yaxınlıqda vulkan yerləşdiyindən təyyarənin hissələri sonradan müəyyən edilə bilib.
Hazırda qəzanın səbəblərinin araşdırıldığı qeyd olunub.