Modern.az

Qaribaşvili Hataya yola düşdü - YENİLƏNİB

Qaribaşvili Hataya yola düşdü - YENİLƏNİB

Dünya

24 Fevral 2023, 14:18

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Türkiyənin zəlzələ bölgəsində yerləşən Hatay vilayətinə yola düşüb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, onun Türkiyə səfəri ikinci günündə davam edir.

 

Dünən o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü.

 

***

23.02.2023 / 10:30

 

Gürcüstanın baş naziri İrakli Qaribaşvili nümayəndə heyəti ilə birlikdə Türkiyəyə səfər edib.

 

Modern.az Gürcüstan hökumətinin saytına istinadən xəbər verir ki, səfər çərçivəsində Qaribaşvili ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş planlaşdırılır.

 

Bildirilib ki, Gürcüstanın hökumət başçısı zəlzələdən zərər çəkmiş Hatay vilayətinə baş çəkəcək, burada Gürcüstan Daxili İşlər Nazirliyinin xilasetmə qrupları ilə görüşəcək.

 

"Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə daxili işlər naziri Vaxtanq Qomelauri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili, Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze və Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Teymuraz Mqebrişvili daxildir", - məlumatda qeyd olunub.

Bu xəbər ilə bağlı
Ərdoğan Qaribaşvilini qəbul etdi
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu