Modern.az

24 fevralda qeyri-adi heç nə olmayacaq - Kəşfiyyat rəhbəri

24 fevralda qeyri-adi heç nə olmayacaq - Kəşfiyyat rəhbəri

Dünya

23 Fevral 2023, 10:48

Ukrayna Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Baş İdarəsinin rəisi Kiril Budanov Rusiya qüvvələrinin müharibənin ildönümündə - 23-24 fevral tarixlərində hansı addımlar atacağından danışıb.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, Budanov qeyri-adi nəsə olacağını düşünmür.

 

"Fevralın 23-24-də Rusiya Federasiyası kiçik raket zərbəsi endirməyi planlaşdırır, qeyri-adi heç nə olmayacaq. Bu günlərdə xüsusi bir şey gözləmək lazım deyil və Rusiya əvvəllər olduğu kimi sadəcə olaraq növbəti zərbəni endirməyə çalışacaq. Yenə deyirəm, qeyri-adi heç nə olmayacaq. Adi cəhdlər, kiçik raket zərbələri... İnanın ki, biz bunu artıq 20 dəfədən çox yaşamışıq", - deyə o bildirib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu