"Rusiya ordusu artıq böyük itkilər verdiyi Uqledara qarşı yeni hücuma hazırlaşır. Və bu dəfə sıçrayış üçün kifayət qədər resurs yoxdur".
Modern.az "RBK Ukraine"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatı məlumat yayıb.
"Son altı həftə ərzində Rusiyanın tədricən mühasirəyə almasına baxmayaraq, Ukrayna qüvvələrinin qərbə təchizat yollarını açıq saxladığı Baxmut bölgəsində 48 saat ərzində şiddətli döyüşlər davam edib. Daha cənubdakı Donetsk vilayətində Uqledar yenidən güclü atəşə məruz qalıb. Britaniya kəşfiyyatının məlumatına görə, fevralın əvvəlində və 2022-ci ilin sonunda baş verən uğursuz hücumlara baxmayaraq, Rusiyanın bu bölgədə yeni hücumlara hazırlaşması ehtimalı var və realdır.
Rusiyanın Şərq Qüvvələri Qrupu, ehtimal ki, Uqledar əməliyyatına hələ də cavabdehdir. Onun komandiri, general-polkovnik Rüstəm Muradov əvvəlki uğursuzluqlardan, rus millətçiləri tərəfindən kəskin tənqid olunduqdan sonra nəticələri yaxşılaşdırmaq üçün güclü təzyiq altındadır. Lakin Muradovun sıçrayışa nail olmaq iqtidarında olması ehtimalı azdır", - deyə məlumatda qeyd olunub.