Modern.az

Lavrovun müavini Moldovanı ittiham etdi – “Blokadaya salıblar”

Lavrovun müavini Moldovanı ittiham etdi – “Blokadaya salıblar”

Dünya

23 Fevral 2023, 11:43

"Kişinyov Kiyevin Ukrayna-Moldova sərhədinin Dnestryanı hissəsini bağlamaq qərarından istifadə edərək Dnestryanıya iqtisadi blokada elementləri tətbiq edir".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

 

O, Moldovanın ünvanına ittihamlar səsləndirərək Kişinyovun blokada yaratması barədə iddialar irəli sürüb.

 

"Rusiya Federasiyası Dnestryanı üzrə danışıqlar mexanizmini qoruyub saxlamaq üçün səy göstərir, Dnestryanı ilə bağlı nizamlanma prosesində vəziyyət indi asan deyil", - deyə o əlavə edib.

 

"Rusiya ABŞ-ın təzyiqlərinə baxmayaraq, Ukraynanı silah və hərbi texnika ilə təmin etməkdən imtina etmiş Braziliyanın mövqeyini yüksək qiymətləndirir", - deyə Qaluzin söyləyib.

 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi də Dnestryanı ilə bağlı oxşar məlumat yaymışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu