Modern.az

“Shell” Ermənistanda fəaliyyətə başlayır

“Shell” Ermənistanda fəaliyyətə başlayır

Dünya

23 Fevral 2023, 15:46

Böyük Britaniya və Niderlandın birgə neft-qaz istehsalı korporasiyası olan "Shell" Ermənistanda fəaliyyətə başlayacaq.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, şirkət bu ölkənin bazarına gələn aydan daxil olacaq.

 

Belə ki, şirkət martdan etibarən Ermənistan ərazisində avtomobillər üçün yanacaqdoldurma məntəqələri açacaq. Məlumata görə, yanacaq Yunanıstanda istehsal ediləcək və daha sonra satış üçün Ermənistana nəql olunacaq.

 

Yanacağın Yunanıstandan Ermənistana hansı marşrutla nəql olunacağı barədə isə detallar açıqlanmayıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu