Modern.az

Ərdoğan Qaribaşvilini qəbul etdi

Ərdoğan Qaribaşvilini qəbul etdi

Dünya

23 Fevral 2023, 15:50

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın baş naziri İrakli Qaribaşvilini qəbul edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Qaribaşvilinin Türkiyəyə səfəri çərçivəsində baş tutub.

 

Prezidentin iqamətgahında keçirilən görüşdə tərəflərin iki ölkə arasındakı əlaqələri müzakirə etdiyi vurğulanıb.

 

Bundan əvvəl Qaribaşvilinin güclü zəlzələ nəticəsində dağıntıların və çoxsaylı insan itkisinin baş verdiyi Hatay vilayətinə səfər edəcəyi barədə məlumat verilmişdi.

Bu xəbər ilə bağlı
Qaribaşvili Hataya yola düşdü - YENİLƏNİB
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu