Modern.az

Papikyan ABŞ səfiri ilə Azərbaycan sərhədindəki vəziyyətdən danışdı

Papikyan ABŞ səfiri ilə Azərbaycan sərhədindəki vəziyyətdən danışdı

23 Fevral 2023, 16:52

ABŞ-ın İrəvana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristina Kvin Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, görüş tanışlıq xarakteri daşıyıb.

 

Bildirilib ki, tərəflər müdafiə sahəsində əməkdaşlığı, regional təhlükəsizlik məsələlərini və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

 

Qeyd edək ki, Kvinin sələfi Lin Treysi Moskvaya səfir göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?