Dünyada hər iki dəqiqədə bir qadın hamiləlik və ya doğuş zamanı dünyasını dəyişir.
Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabatda qeyd olunur.
Hesabatda bildirilir ki, 2020-ci ildə təxminən 287 min ana ölümü qeydə alınıb. 2016-cı ildə bu rəqəm 309 min olub. Ana ölümlərinin sayı son 20 ildə 34.3% azalıb.
Məlumata görə, ana ölümlərinin sayında azalma müşahidə edilsə də, bəzi regionlarda vəziyyət pisləşib. Qeydə alınan ana ölümlərinin təxminən 70%-i Afrikanın Saharadan cənubdakı bölgəsində baş verib.
Hamilə qadınların dünyasını dəyişməsinin əsas səbəbi kimi infeksiyalar, yüksək qan təzyiqi, ağır qanaxma, təhlükəli abortlar göstərilir.
Akif İsmayılov