Modern.az

Sarkisyanın məhkəməsi yenə təxirə salındı - Şahid dindirildi

Sarkisyanın məhkəməsi yenə təxirə salındı - Şahid dindirildi

Dünya

23 Fevral 2023, 17:28

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın işi üzrə məhkəmə iclası yenidən təxirə salınıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, buna baxmayaraq bir şahid dindirilib.

 

Şahid Arsen Arutyunyan məhkəmədə bildirib ki, 2011-2014-cü illərdə yanacaq idxalçısı və təchizatçısı olmuş şirkətin direktoru vəzifəsində çalışıb və yalnız təşkilati, maliyyə məsələləri ilə məşğul olub. Qalan hər şey Xaçik Manukyan adlı şəxsin nəzarəti ilə idarə edilib.

 

Məlumata görə, daha bir neçə şahidin dindirilməsi ilə əlaqədar yenidən 9 marta təxirə salınan iclasda Serj Sarkisyan və iş adamı Barseq Beqlaryan iştirak edib.

 

Qeyd edək ki, Ermənistanın eks-prezidenti və bir neçə digər təqsirləndirilən şəxslər, o cümlədən "Flash" şirkətinin sahibi Barseq Beqlaryan fermerlər üçün dizel yanacağının dövlət satınalmasında sui-istifadə hallarına yol verməkdə ittiham olunurlar. Belə ki, dövlət büdcəsinə nəticədə 1 milyon dollara yaxın ziyan dəyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu