Modern.az

Bəzi bölgələr təkrar yoxlanacaq - Türkiyədə zəlzələnin zərəri hesablanır

Bəzi bölgələr təkrar yoxlanacaq - Türkiyədə zəlzələnin zərəri hesablanır

Dünya

23 Fevral 2023, 17:54

"Dəyən ziyanın həcminin müəyyən olunması işləri 80 faiz səviyyəsində başa çatıb".

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.

 

"Bir neçə günə prosesi tamamlayacağıq. Proses davam edərkən Hatay vilayətinin Defne və Samandağ rayonlarında 2 dəfə zəlzələyə düşdük. Ona görə də bu ərazilərdə orta və aşağı dərəcədə qəzalı vəziyyətə düşən binalara yenidən baxacağıq və təkrar qiymətləndirmə aparacağıq", - deyə nazir vurğulayıb.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu