Modern.az

Kiprin türk və yunan liderləri ilk dəfə görüşdülər

Kiprin türk və yunan liderləri ilk dəfə görüşdülər

Dünya

23 Fevral 2023, 18:07

Cənubi Kiprin yeni seçilmiş prezidenti Xristodoulides və Şimali Kiprin prezidenti Ersin Tatar ilk dəfə görüşüblər.

 

Modern.az xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı məlumat dərc edib.

 

Görüş Nikosiyada BMT-nin nəzarətində olan bufer zonasında, BMT-nin Kipr üzrə xüsusi nümayəndəsi Kolin Stüartın iqamətgahında keçirilib.

 

Xristodulides Tatarla görüşünün qeyri-rəsmi görüş olduğunu bildirib. "Mən nəticələrlə maraqlanıram və dalana dirənmiş danışıqları yenidən yoluna qoymaq məqsədimizə nail olmaqda maraqlıyam" - deyə o, görüşdən əvvəl deyib.

 

Rahib Ələsgərov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu