Modern.az

Macarıstan baş naziri Kiyevə gedəcək 

Macarıstan baş naziri Kiyevə gedəcək 

Dünya

23 Fevral 2023, 19:23

Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya səfərinə hazırlıq gedir.

 

Modern.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyerto məlumat verib.

 

O bildirib ki, Macarıstanın Xarici İşlər Nazirliyi Orbanın Kiyevə səfərinə hazırlıq üzərində işləyir. 

 

Nazir özünün niyə hələ də Kiyevə getmədiyi barədə suala cavab olaraq bildirib ki, o, dəvət olunarsa, Ukraynaya məmnuniyyətlə gedəcək. Siyerto qeyd edib ki, belə bir dəvət hələ alınmayıb.

 

Qeyd edək ki, Macarıstan əksər Avropa ölkələrindən fərqli olaraq, Ukraynaya hərbi dəstək vermir və Qərbi Rusiya ilə əlaqə kanallarını açıq saxlamağa çağırır. 

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu