Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson NATO-nun baş katibi postuna namizədliyini irəli sürmək niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə "Sky News" Consonun açıqlamasına istinadən məlumat yayıb.
"Demək istəyirəm ki, belə bir planın olduğunu hamıya bildirməliyəm və belə bir namizədi heç kim unutmasın. Düşünürəm ki, bu dəfə uğur qazanacağam", - Britaniyanın keçmiş baş naziri deyib.
O əlavə edib ki, harada, hansı vəzifədə olmasından asılı olmayaraq, Ukraynanı dəstəkləyəcək.
Akif İsmayılov