Modern.az

Ukrayna Çinə görüş üçün müraciət göndərib

Ukrayna Çinə görüş üçün müraciət göndərib

Dünya

23 Fevral 2023, 22:47

Ukrayna tərəfi Çinə görüş üçün müraciət göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski İspaniya baş naziri Pedro Sançez ilə birgə mətbuat konfransında məlumat verib.

 

Onun sözlərinə görə, görüş Ukraynanın maraqlarına uyğundur.

 

Zelenski Çinin Ukrayna üçün təklif etdiyi sülh planını hələ görmədiyini, lakin bundan xəbərdar olduğunu bildirib. "Çinin artıq bu barədə danışması ilk addımdır, bu, çox yaxşıdır", - Ukrayna prezidenti deyib.

 

Qeyd edək ki, ötən həftə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, xarici siyasətə cavabdeh olan Van Yi Pekinin Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh planı hazırladığını açıqlayıb.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu