Modern.az

BMT-də Ukrayna müharibəsi ilə bağlı qətnamə qəbul edildi

BMT-də Ukrayna müharibəsi ilə bağlı qətnamə qəbul edildi

24 Fevral 2023, 06:00

BMT Baş Assambleyası Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamə qəbul edib.

 

Modern.az xəbər verir ki, səsvermədə iştirak edən 193 ölkədən 141-i Rusiyanı qoşunlarını Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisindən dərhal çıxarmağa çağıran qətnaməni dəstəkləyib.

 

Belarus, Şimali Koreya, Eritreya, Mali, Nikaraqua, Rusiya və Suriya qətnamənin əleyhinə səs verib, 32 ölkə, o cümlədən Ermənistan, Hindistan və İran isə bitərəf qalıb.

 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasından fərqli olaraq, Baş Assambleyanın iclasında qəbul edilən qətnamələr məcburi xarakter daşımır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?