Modern.az

Rusiyanın Ukrayna ilə bağlı yeni planı

Rusiyanın Ukrayna ilə bağlı yeni planı

Dünya

24 Fevral 2023, 12:04

Rusiya Ukraynanın resurslarını tükətməyi hədəfləyir.

 

Modern.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyi bununla bağlı sosial şəbəkədə açıqlama yayıb.

 

"Son həftələrdə Rusiya yanaşmasını yenidən dəyişib. Adıçəkilən dövlət diqqətini yeni əraziləri ələ keçirməkdənsə, ilk növbədə Ukrayna ordusunu deqradasiyaya yönəltməyə çalışır", - nazirliyin tvitində deyilir.

 

“Rusiya rəhbərliyi çox güman ki, əhali və resurslar baxımından üstünlüklərinin Ukraynanı tükəndirəcəyinə inandıqları uzunmüddətli əməliyyat həyata keçirir”,- deyə məlumatda qeyd olunub.

 

Rahib Ələsgərov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu